Oğlunu itirən Zöhrə Abdullayeva tanınmaz hala düşdü – ŞOK FOTO

Oğlunu itirən Zöhrə Abdullayeva tanınmaz hala düşdü – ŞOK FOTO
"Sevilən sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən mən… Dərd adamı necə dəyişər? Bir aya 10 kq itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbir versin. Ürəyim parça-parça oldu”.

Miq.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı İradə İsaq sosial şəbəkədə yazıb. Aparıcı oğlunu itirən Əmək artistin şəklini paylaşaraq sözlərinə belə davam edib:
"Tək övladını itirib. Necə sızlamasın? Mənim üçün həyat bitdi deyir. Ovutmaq mümkün deyil. Nə deyim bilmədim: Allah rəhmət eləsin, səbir versindən savayı…”
Xatırladaq ki, Əməkdar artist Zöhrə Abullayevanın oğlu beynin xərçəngindən dünyasını dəyişib.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az