ONLARIN RUHU BİZDƏN QİSAS GÖZLƏYİR...

ONLARIN RUHU BİZDƏN QİSAS GÖZLƏYİR...

1992-ci ilin fevralın 26-da Xocalıda soyrıqım baş verəndə heç 16 yaşım tamam olmamışdı və məktəbdə 10-cu sinfdə oxuyurdum. Xocalıda azərbaycanlı qocaların, uşaqların, qadınların vəhşicəsinə qətlə yetirilməsi haqqında xəbəri isə ilk dəfə hadisədən sonra Azərbaycan Dövlət Televiziyasından eşitdim. İndiyə kimi yadımdadır, həmin vaxt bununla bağlı xəbəri ilk dəfə diktor Sevda Ağazadə verirdi. Lakin məlumat o qədər dəhşətli idi ki, diktor onu sonadək oxuya bilmədi və qəhərdən ağladı...
Həmin hadisə, görüntülər mənə o qədər təsir etmişdi ki, qisas hissi ilə alışıb yanırdım...
Səhəri gün tezdən heç kimə xəbər etmədən rayon hərbi komissarlığına getdim ki, məni orduya aparsınlar. Bütün inadıma baxmayaraq, qəbul etmədilər. Dedilər ki, yaşın çatmır. Yalnız günün sonunda məni  komissarlığın həyətindən güclə qova bildilər...
İllər sonra orduda zabit kimi xidmət elədim, tərxis olundum. Lakin həmin qisas hissi məndə hələ də sönməyib... 

Nə qədər ki, torpaqlarımız işğal altındadır, nə qədər ki, qız-gəlinlərimiz, qardaşlarımız düşmənin əlində əsirdilər, nə qədər şəhid olmuş, qətlə yetirilmiş soydaşlarımızın qisası alınmayıb, biz rahat ola bilmərik. Vətənpərvərlik və Vətəni sevmək məvhumu təkcə sözlə bitmir. Bunun üçün həm də əməli fəaliyyət lazımdır. Bütün bunlara rəğmən, ələ silah tutmaqla bahəm, hər kəs  öz sahəsində vcidanla çalışmalı, Vətəninə, millətinə, dövlətinə namusla xidmət etməlidir. Hər kəs boynuna düşən vəzifəsinin öhdəsindən layiqincə gəlsə, istənilən problemləri dəf edib, düşmənə laiq olduğu yerini göstərə bilərik. Millət olaraq, hamımız bunu bilməliyik və həm də bu ifadəni bir şüara çevirməliyik-Missiyamız hələ bitməyib...Çünki ruhu bizdən qisas gözləyən şəhidlərimiz var!
Yazi Ilkin Izzet Bagirovun feysbuk səhifəsindən götürülüb.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az