Ordumuz düşmənə cavab verdi: Hərbi maşın vuruldu

Ordumuz düşmənə cavab verdi: Hərbi maşın vuruldu

Azərbaycan ordusu növbəti dəfə təxribat törədən erməni ordusuna cavab verib.

Dağlıq Qarabağdakı qondarma erməni rejiminin "müdafiə nazirliyi” ötən gecə təmas xəttində baş vermiş atışmalar zamanı Azərbaycan ordusunun AQS-17 dəzgahlı avtomatik qumbaraatanını tətbiq etdiyini bildirib.

"news.am” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri "AQS-17” tipli qumbaraatandan qarşı tərəfin hərbi avtomobilinə cavab atəşi açıb.

Hadisə gecə saatlarında baş verib.

Səhər saatlarında isə Azərbaycan tərəfinin cavab atəşi ilə erməni əsgər Ayk Ambartsumyan yaralanıb.

Erməni tərəf zədələnmiş avtomobilin görüntülərini də yayıb, ancaq avtomobilin içərisində əsgər olub-olmadığı haqda heç nə deyilmir.

Xatırladaq ki, ötən gün düşmən ordusunun təxribatı nəticəsində ordumuzun əsgəri Sahil Məmmədov şəhid olmuşdu.

Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az