"Çovdarov “Makarov” tapançasını göstərib dedi ki..."- Qədim Əbilov

"Çovdarov dəyənəyi götürüb başıma vurdu" - MTN İŞİ

Günün ikinci yarısında davam edən proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.
 
Məhkəmədə zərərçəkmiş şəxs qismində taxta-şalban alveri ilə məşğul olmuş Qədim Əbilov ifadə verib.
 
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, onu MTN-də döyərək təzyiqlər ediblər: "Hədə qorxu gəldilər, döydülər. Həbs edəcəklərini dedilər. Məcbur olub 300 min manat pulu polkovnik Səlim Məmmədova görüşüb ona verdim".
 
Zərərçəkənin istintaq və məhkəmə zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu məlum oldu. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, Səlim Məmmədovla 2014-cü il sentyabrın 7-də saat 18-19 radələrində görüşüb.
 
Proses zamanı Səlim Məmmədovun vəkili Cavid Rzazadə isə Dövlət Təhlükəsizlik Xidmətindən aldığı sorğunu təqdim edib. Sorğuda Səlim Məmmədovun Qədim Əbilovun dediyi vaxtda  işdə olduğu göstərilib.
 
Proses aprelin 19-da davam edəcək.
 
Xatırladaq ki, Qədim Əbilov istintaqa verdiyi ifadəsində MTN-də Çovdarovun onu döyüb təhqir etdiyini deyib:  "3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan kabinetə daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda dayanmışdılar. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boyunuma zərbələr endirdi. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub. Tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim "Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki "Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.
 
 Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az