Pakistanla əməkdaşlıq Azərbaycana nə vəd edir?-Politoloq
Azərbaycan Pakistan siyasi-hərbi əlaqələri ölkəmizin müdafiə sənayesinin inkişafında mühüm əhəmiyyət daşıyır. Pakistan İslam dünyasında yeganə nüvə silahına və güclü, modern hərbi sənayeyə malikdir. Bu ölkə ilə ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində strateji əməkdaşlıq iki ölkəyə qarşı hər hansı diplomatik təsirlərə qarşı mövqe formalaşdırır. Türkiyədən sonra, yeganə qardaş ölkə məhz bu ölkədir.
Miq.Az-ın Pakistanla əməkdaşlıq bizə nə vəd edir sualını politoloq Məhəmməd Əsədullazadə belə cavablandırdı:
"1. Bu ölkə ilə müştərək, hərbi aviasiya arsenalı qura bilərik.
2. Orta mənzilli raket arsenalımızı inkişaf etdirmək olar.
3.Qarabağ müharibəsi geniş miqyasda baş verərsə, həm canlı həmdə texniki yardımını əsirgəməyəcək.
Müsəlman ölkəsi olan qonşu İranın mövqeyi isə, tam əksinədir. Rəsmi Tehran çalışır ki, Qarabağ münaqişəsində status-kvo qorunsun. Azərbaycan heç bir vaxt işğal olunmuş ərazilərində nəzarəti əldə edə bilməsin. Məhz buna görə Ermənistanla sıx iqtisadi-siyasi əlaqələrə üstünlük verərək, hər bir vaxt dəstəyini ifadə edir.
Bakı-İslamabad ittifaqı Yerevan-Tehran ittifaqına qarşı ən təsirli vasitədir. Hərçənd rəsmi Tehran müsəlman Pakistanın siyasi davranışından nümunə götürməlidir. Yaxın Şərqdə müsəlman "əzabkeşliyinin" təssübün çəkən İranın Molla rejiminə ən təsirli cavabı, Pakistanln Qarabağ məsələsində ölkəmizə dəstək verməklə nümayiş etdirir."
Miq.Az