Parlamentin 2016-cı il üçün sonuncu plenar iclası başladı

Parlamentin 2016-cı il üçün sonuncu plenar iclası başladı
Azərbaycan Milli Məclisinin (MM) 2016-cı il üçün sonuncu - bağlanış plenar iclası başlayıb.

Miq.az  Report-a istinadən xəbər verir ki, iclasa MM sədri Oqtay Əsədov sədrlik edir.

Plenar iclasın gündəliyinə İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, eyni zamanda "Təhsil haqqında”, "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında”, "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyesteri haqqında”, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Nəşriyyat işi haqqında”, "Lotereyalar haqqında”, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, "Büdcə sistemi haqqında”, "Yol hərəkəti haqqında” qanununa dəyişiklik layihələri daxildir.

Bundan başqa, parlament "Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” qanun layihəsini də müzakirəyə çıxaracaq.
 

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az