Partiya sədri: "Aldığımız silahlardan düşmənə qarşı istifadə zamanı çatıb" - Foto

Partiya sədri:

"İranın Araz çayı üzərindən körpülər salması, Qarabağı işğal altında saxlayan separatçı rejimə dəstək verməsi birmənalı şəkildə pislənməlidir”.

Bu sözləri Reyting.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

Partiya sədri əlavə edib ki, bu mövzunun məhz 2020-ci ildə gündəmə gətirilməsi maraqlıdır. Onun fikrincə, bu məsələ onu göstərir ki, kimsə gündəmin bu mövzu tərəfindən tutulmasında maraqlıdır.
 

M. Mirəlioğlu
 
M. Mirəlioğlu xatırladıb ki, Araz çayı üzərindən SES tikilməsi haqqında razılaşma Azərbaycan və İran arasında 2016-cı ildə bağlanıb: "Bu razılaşmanı 2016-cı ildə Azərbaycan və İran nazirləri imzalayıb. Azərbaycan nazirinin nə ixtiyarı var ki, özbaşına belə bir razılaşma bağlasın? Bu məsələ birbaşa dövlət səviyyəsində müzakirə edilib, daha sonra parlamentdə məlum razılaşma ratifikasiya olunub. Ancaq bunun üzərindən 4 il keçdikdən sonra bu razılaşmanı imzalayanlardan, Xarici İşlər Nazirliyindən açıqlama tələb edirlər. Məncə, bu, gülməli məsələdir”.

Partiya sədri əlavə edib ki, İranın Azərbaycana münasibəti bəllidir: "Bizim də adekvat münasibətimiz olmalıdır. Söhbət qonşuluqdan, xalqdan getmir. İranın dövlət siyasəti təpədən-dırnağa qədər anti-Azərbaycan xarakterindədir.

İndi Araz çayı üzərindən yük maşınları keçib gedib, bunu hətta ermənilər də göstərib. Digər tərəfdən, 8-9 mayda Paşinyanın Qarbağda peyda olması, hansısa "parad” keçirməsi bizim acınacaqlı durumda olduğumuzu göstərir. Aldığımız milyardlarla silahlar nəyə lazımdır? Onları anbarlarda saxlamaq üçün almamışıq ki... Sabah, birisi gün anbarda partalayar. Bir cəsarətli addım atmaq lazımdır. Fikrimcə, bir tərpəniş olmalıdır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az