Partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb

Partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
Hindistanın Madvya-Pradeş ştatında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.

APAnın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə SkyNews telekanalı məlumat yayıb.  

 

Məlumata görə, insident partladıcı qurğular üzrə mütəxəssis Rancendr Kasavanın yaşadığı evdə baş verib. Onun dağ rayonlarda quyuların qazılması prosesində partlayıcı maddələrin istifadəsinə icazə verən lisenziyaya malik olduğu bildirilir.  Partlayış nəticəsində bina tamamilə uçub, qonşu binalara da ciddi zərər dəyib.   

 

Polis partlayışın dağ-mədən işlərində istifadə olunan partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verdiyini bildirib.  

 

Bundan əvvəl qa balonunun partlaması ehtimal olunurdu. 

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az