“Paşinyan ölən hərbçilərin analarını və dul qadınlarını...” – SƏRT İTTİHAM

“Paşinyan ölən hərbçilərin analarını və dul qadınlarını...” – SƏRT İTTİHAM

"Nikol Paşinyan sazxtakardır, ölən hərbçilərin analarını və dul qadınlarını görməzdən gəlir, onları nüfuzdan salmağa çalışır, amma bunu bacara bilməyəcəklər”.

Miq.Az xəbər verir ki, bunu ictimai-siyasi fəal Satenik Xalqatyan deyib.

O, həyat yoldaşının Qarabağ savaşında öldüyünü, bu günədək heç bir hökumət qurumunun və ya rəsmi şəxsin onunla maraqlanmadığını söyləyib. Xalqatyan Paşinyan hökumətinin bütün həlak olan bütün hərbçilərin özlərinə və ailələrinə saymazyana münasibət sərgilədiyini vurğulayıb:

"Düşündüm ki, heç olmasa bir dəfə özünüzü bir insan kimi sübut edib, savaş qurbanlarının ailələrinə diqqət ayıracaqsan. Ancaq sən o anaların dəyərini bilmirsən”.

O, oğlunun yaralandığını və bacılarının oğullarının müharibədə həyatlarını itirdiyini bildirib: "Baş nazir bu 3 ay ərzində Yerablur hərbi panteonunu ziyarət edə biləcəyini dedi. Hərbi panteonda demək olar ki, bütün cənazələrdə iştirak etdim və heç kimin gəlib qurbanların valideynləri ilə əl sıxdığını görmədim”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az