“Paşinyan Putinin təklifini rədd etdi, buna görə də...” – Erməni general

“Paşinyan Putinin təklifini rədd etdi, buna görə də...” – Erməni general

"Paşinyan qalib gələ bilməyəcəyi savaşa girəndə istefa verməli idi”.

Miq.Az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, general Artur Vanetsyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistan baş nazirinin səlahiyyətlərini üzərinə götürəndə ölkədə həll olunmamış ən böyük problemlərdən birinin Qarabağ münaqişəsi olduğunu anlamalı idi:

"Bir neçə dəfə şəxsən baş nazirə Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret nəticə əldə edilməyəcəyi təqdirdə alternativin müharibə olduğunu demişəm. Biz müharibəyə hazır deyildik. Bu barədə təkcə baş nazirlə deyil, Milli Təhlükəsizlik Şurasının iclaslarında da danışdım. Paşinyan daxili auditoriya üçün müxtəlif fikirlər səsləndirdi - "Qarabağ Ermənistandır və nöqtə”, "Danışıqlara öz nöqtəmdən başlayıram”, "Heç bir güzəştə getməyəcəyəm” və sair kimi populist açıqlamalar verdi. Müharibə başladı və məğlub olduq”.

Vanetsyan qeyd edib ki, beynəlxalq tərəfdaşlar bu müharibəni dayandıra bilərdilər, amma bunu etmədilər.

O, müxtəlif dövrlərdə Rusiya Prezidenti Putindən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən təkliflər olduğunu, ancaq Paşinyanın bütün təklifləri rədd etdiyini qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az