Paşinyandan SƏFƏRBƏRLİK çağrışı: Oğlunu Qarabağa göndərir, xaricdəki erməniləri...

Paşinyandan SƏFƏRBƏRLİK çağrışı: Oğlunu Qarabağa göndərir, xaricdəki erməniləri...

"Martda oğlumun 18 yaşı oldu, növbəti hərbi çağırış zamanı o, xidmətə çağırılacaq. Ermənistandan kənarda olan bütün gənclər qayıtmalı və öz əsgərlik borcu yerinə yetirməlidir."

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan hərbi xidmətini Qarabağ ərazisində keçməyə qərar verib.

Miq.Az xəbər verir ki, bu barədə Aşot Paşinyan atasının Feysbuk hesabında canlı yayım zamanı deyib.

"Mən özüm ərizə yazmaq və Qarabağda hərbi xidmət keçmək qərarına gəldim. Həmişə ordunun güclənməsini sülh üçün yeganə vasitə hesab etmişəm”, - Aşot Paşinyan bildirib.

"18-27 yaş arası xaricdə olan bütün həmvətənlərim Ermənistana qayıtmağa və vətən qarşısında borcunu ödəməyə çağırıram. Mən bunu həm vətəndaş, həm də mümkün müharibə zamanı ali baş komandan səlahiyyətlərini icra edəcək olan baş nazir kimi deyirəm”, - Nikol Paşinyan əlavə edib.

Paşinyan mart ayında 18 yaşı tamam olan oğlunun ən yaxın çağırış müddətində hərbi xidmətə yollanacağını bildirib.

Xatırladaq ki, Ermənistanın hərbi birləşmələri 14-19 may tarixlərində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi təlim keçirəndən sonra Ermənistan Xarici İşlər Nazirliyi yenə də Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan bəyanat vermişdi. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan "Azərbaycan başa düşməlidir ki, Dağlıq Qarabağın danışıqlarda bilavasitə iştirakı olmadan sülhün təmin olunması mümkün deyil”, - deyə bildirmişdi.

"Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz”, - deyə həyasızcasına vurğulayan  T. Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında razılığın olmadığını da qeyd etmişdi.

Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra ilk dəfə Şuşaya və Xankəndinə səfəri, bu gün isə hətta oğlunu Qarabağa göndərməsi, dünyaya səpələnmiş erməni gənclərini orduya çağırması Qarabağda müharibəni qaçılmaz edir. Ekspertlər isə İrəvanın bu mövqeyini müharibəyə çağırış kimi qiymətləndirirlər.

Fikrimizcə Paşinyanın son addımları, xüsusın də gənclərə çağırışı da müharibəyə hazırlıq və müharibədən qabaq səfərbərlik addımlarını xatırladır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az