Paşinyanın arvadı və qızı Belçikada 100 min dollarlıq... – Şok iddia

Paşinyanın arvadı və qızı Belçikada 100 min dollarlıq... – Şok iddia

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan Belçikaya səfəri çərçivəsində külli miqdarda pul xərcləməsi barədə erməni KİV-də yayılmış iddiaya cavab verib.

Teleqraf.com xəbər verir ki, o bu xəbərə görə erməni jurnalistləri kəskin formada tənqid edib.

Anna Akopyan yayılmış məlumatlara belə aydınlıq gətirib:

"Qızım Mariamla Brüsselin küçələrində gəzərkən Belçikaya gələn bir qrup jurnalistlə rastlaşdıq. Heç biri bizdən Belçikaya necə gəldiyimizi və nəyin hesabına yemək yediyimizi soruşmadı. Bu gün isə İrəvanda iki sayt haqqımızda şayiə yayır ki, Belçikada dövlətin pullarını xərcləyirik.

Mən və Mariamın Belçikada xərclədiyimiz pulların 100 min dolları keçəcəyini iddia edirlər. Amma bu, əhəmiyyətli deyil”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində iştirak etmək üçün Belçikaya gedib.

Erməni mediasında Anna Akopyanın Brüsseldəki ticarət mərkəzləri və bahalı restoranlarda külli miqdarda pul xərcləməsi haqda məlumat yayılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az