Pensiyaçı zibillikdən tapdığı on iki min Avronu polisə təhvil verib

Pensiyaçı zibillikdən tapdığı on iki min Avronu polisə təhvil verib
Almaniyada baş verən maraqlı hadisə çoxlarını təəccübləndirib.

AZƏRTAC Bild jurnalına istinadən xəbər verir ki, Vuppertal şəhər sakini davranışı ilə bir çoxlarına örnək olub. Qəpik-quruş qazanmaq məqsədilə zibil konteynerindən şüşə qablar toplayan 87 yaşlı pensiyaçı təsadüfən bir bağlama tapıb. Məlum olub ki, bağlamada 12 min avro miqdarında üç zərf var.

Diqqət çəkən məqam isə budur ki, şüşə qablar axtarıb özünə çörək pulu qazanan pensiyaçı içərisində 12 min avro olan bağlamanı Nordrayn-Vestfalen əyalət polisinə təhvil verib.

Hazırda təhlükəsizlik əməkdaşları pul bağlamasının zibil konteynerinə hansı yolla düşməsi faktını araşdırırlar.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az