Pentaqon Kaliforniyanın Vandenberq aviabazasında qitələrarası ballistik raketi «Minuteman III»ü növbəti dəfə sınaqdan keçirib.
Miq.az Strateq.az-ın xarici mətbuata istinadən məlumatına görə xəbər verir ki, ABŞ müdafiə naziri Robert Uork raketin buraxılmasının Rusiya, Çin və Şimali Koreyaya mesaj olduğunu bildirib:
«Bu ona işarədir ki, ehtiyac yaranarsa, ölkəmizi nüvə silahı ilə müdafiə etmək imkanımız var".
Qeyd edək ki, ABŞ üç ayrı ştatda 450 belə raketə sahibdir.