“Petkim”in baş direktoru da saxlanıldı
Türkiyədə "Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb.
"Anadolu" agentliyi xəbər verir ki, eyni zamanda, S. Korkutun evində və iş yerlərində axtarış aparılıb. Həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.
Bundan başqa, holdinqin, o cümlədən onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.
Ümumilikdə, 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Bildirilir ki, onların işdən uzaqlaşdırılmasına səbəb FETÖ ilə əlaqələrinin olmasıdır.
Miq.az