"Petkim"in yeni baş direktoru təyin olundu -Anar Məmmədov


SOCAR "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkutun saxlanılması və şirkətin bəzi əməkdaşlarının işdən azad olunmasına münasibət bildirib.

Miq.az bildirir ki, SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev APA-ya açıqlamasında deyib ki, S.Korkut dünən tutduğu vəzifədən azad olunub və onu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib: "Bu gün saat 12:00-də Anar Məmmədov kollektivə təqdim olunacaq".
 
N.Quliyev əlavə edib ki, "SOCAR Turkey Energy" şirkətində baş verən kadr islahatları çərçivəsində işdən çıxarılmış başqa rəhbər vəzifəli şəxslər də var: "Onlardan birinin şikayəti əsasında "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az