Polis əməliyyat keçirdi: Keçmiş deputatlığa namizəd saxlanılıb

Polis əməliyyat keçirdi: Keçmiş deputatlığa namizəd saxlanılıb
Azərbaycanda axtarışda olan qadın tutulub.

Miq.az  APA-ya istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1968-ci il təvəllüdlü Şirəlizadə Xalidə Hüseynəli qızı saxlanılıb.

Qeyd edək ki, Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az