Polis günündə polis özünü asdı

Polis günündə polis özünü asdı

Mərhum iki uşaq atasıdır

Şabran şəhəri,T.Quliyev küçəsinin 32 ci məhəlləsində yaşayan 38 yaşlı Vüsal Bahar oğlu Cəbiyev bu gün səhər saat 6 radələrində özünü yaşadığı evin həyətində dəmir borudan asıb. İstiPress-in Şimal bürosu xəbər verir ki, Vüsal Cəbiyev DİN-nin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının polis nəfəri, polis baş serjantı idi. İki uşaq atasının hansı səbəbdən intihar etməsi məlum deyil. Şabran prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Mərhum polis, polis günündə dəfn ediləcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az