POLİS LEYTENANTININ UĞURLARI
(...O, dəfələrlə dünya və Avropa çempionatlarında qalib olaraq, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırıb.)
Amanov Cavid Əziz oğlu, 2009-cu ildə 106 saylı tam orta məktəbi bitirdikdən sonra, elə həmin il Odlar Yurdu Universitetinə qəbul olur. 2013-cü il universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşür. Hələ həqiqi hərbi xidmətdə olarkən ona həvalə olunan silah-sursatı, döyüş texnikalarını dərindən mənimsədiyi, verilən tapşırıqları vaxtında və vicdanla yerinə yetirdiyi üçün dəfələrlə komandanlıq tərəfindən xüsüsi fəxri fərmanlarla və təşəkkürnamələrlə təltif olunub. Cavid xidməti vəzifəsini şərəflə başa vurduqdan sonra, 2016-cı ildə Polis Akademiyasına daxil olur. Hal-hazırda Cavid polis leytenantıdır. Polis akademiyasının 4-cü kursunda təhsil alır.
Cavid Amanov idman sahəsində də uğurları ilə seçilir. Karatenin Şotokan növü ilə məşğul olur. Latviya, Bolqaristanda keçirilən dünya və Avropa çempionatının qalibi olub.
Sərvər Kamranlı