Prezident cəbhədə - İlham Əliyev Tərtər, Ağdam və Bərdə rayonlarında olub FOTOLAR

Prezident cəbhədə - İlham Əliyev Tərtər, Ağdam və Bərdə rayonlarında olub FOTOLAR
Xəbər verdiyimiz kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı "N" saylı hərbi hissədə olub. Burada prezident hətbi hissədə, ön cəbhədə əsgərlərlə, təmas xəttində yaşayan sakinlərlə görüşüb.

Prezident və xanımı daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gəliblər.

Dövlət başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar.

Prezidentin səfərindən çəkilmiş fotoları təqdim edirik.








































Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az