Prezident: “İldə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcək”

Prezident: “İldə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcək”

Biz bunu ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur - xalqımızın intellektual potensialının möhkəmləndirilməsi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırarkən bildirib.

Dövlətimizin başçısının sözlərinə görə, gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəblərinə ezam edilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Prezident bildirib ki, 2016-cı ildə biz bu proqrama başlayanda Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də orada, xaricdə qalmağı seçə bilərdilər. Ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb.

Prezident İlham Əliyev yeni proqramın artıq işlənildiyini və müvafiq sərəncamın keçən il verildiyini deyərək bildirib: "Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın tutaq ki, çatışmazlıqları nəzərə almaq şərtilə. İldə təqribən 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az