Prezident İlham Əliyevdən qırğız həmkarına başsağlığı
"İnsanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi"
Azərbaycan prezidenti qırğız həmkarı Almazbek Atambayevə başsağlığı verib. İ.Əliyev Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbərinin onu dərindən kədərləndirdiyini deyib.
"Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".
Türkiyəyə məxsus yük təyyarəsi Manas hava limanı yaxınlarında enişə hazırlaşarkən qəzaya uğrayıb. Təyyarə yaşayış evlərini üzərinə düşüb. Nəticədə 37 nəfər həlak olub. Onlarla insan isə yaralanıb.
Qəza nəticəsində 30-dan artıq binaya ziyan dəyib.
Miq.az