Prezident: KİŞİLİK VƏZİFƏSİNİ yerinə yetirə bilmək üçün hər gün...
Prezidentin qida rejimi- "Səhər 3 yumurta, axşam şor"
Miq.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukashenko jurnalistlərə sağlam qidalanma rejimindən və ümumiyyətlə, sağlam həyat tərzindən danışıb.
Prezident deyib ki, hər bir insan idmanla məşğul olmağa vaxt tapmalıdır. Onun sözlərinə görə, bunu edə bilməyənlərin izahları, yalnız bəhanədir.
Azadlıq.org Belarusun Sputnik saytının məlumatına istinadən bildirir ki, idmanla məşğul olmayanlara da Lukashenko çıxış yolu təklif edir: "İdmana vaxtın yoxdursa, az ye! Səhər yeməyinə maksumum 3 yumurta və bir fincan qəhvə. Nahar yeməyinə tərəvəz şorbası və yaxşı, kişilik vəzifəsini yerinə yetirə bilmək üçün bir tikə ət. Axşam şor. Vəssalam”
Aleksandr Lukashenko amerikalı aktyor Steven Seagalla birlikdə
Lukashenkonun sözlərinə görə, o gündə idmanla azı 2 saat məşğul olur və buna vaxt tapmaq üçün hətta yuxusundan kəsir.
Lukashenko deyir ki, "mənim iki kilo çəkim artan kimi dizlərimdə hiss edirəm . Deyirlər ki, "vaxt yoxdur”. Ancaq mən heç də onlardan az məşğul deyiləm. Ancaq gündə idmana 2 saat, yatmağın hesabına, nəyin hesabına olursa-olsun, tapmalısan”.
Miq.az