Prezident Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verdi

Prezident Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verdi
Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncamında əksini tapıb./APA/

Dəyişikliyə əsasən "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı kimi dövlətin adından müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyəti Nəqliyyat Nazirliyinə həvalə edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az