Prezident taekvandoçulara medalları təqdim edib - VİDEO

Prezident taekvandoçulara medalları təqdim edib - VİDEO

Milad Beygi Harçeqani çempion olub

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçuların mükafatlandırılması mərasimi keçirilib. Miq.Az xəbər verir ki, qaliblərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib. Bu çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani çempion olub. Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az