PREZİDENTDƏN BAŞÇILARA XƏBƏRDARLIQ – “Fəaliyyətlərinə buna görə qiymət veriləcək”

PREZİDENTDƏN BAŞÇILARA XƏBƏRDARLIQ – “Fəaliyyətlərinə buna görə qiymət veriləcək”


"Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Ağstafada "Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı deyib ki, indi fermer olmaq yenə də şərəfli işə çevrilir: "Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrə, yanacaq, texnika güzəştli şərtlərlə verilir. Bu, dövlət siyasətidir. Hər bir sahibkar məsuliyyətli olmalıdır və Vətəni sevməlidir”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az