Prezidentdən şok iddia: “Rusiya-Ukrayna münaqişəsini bu ölkə qızışdırır”

Prezidentdən şok iddia: “Rusiya-Ukrayna münaqişəsini bu ölkə qızışdırır”

Xorvatiya Prezidenti Zoran Milanoviç İngiltərəni Rusiya və Ukrayna arasında münaqişəni qızışdırmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Euractive yazıb.

"İngiltərə Ukraynanı çaşdırır, onu təhrik edir və kiçik gücə çevrilmiş Londonla Vaşinqton arasındakı münasibətlərdə girov saxlayır”, - Xorvatiya lideri bildirib. O, həmçinin qeyd edib ki, İngiltərə Avropa Birliyindən çıxdıqdan sonra ittifaq üzvləri üçün xeyli kiçik rol oynayır.

Milanoviç bundan əvvəl Kiyev və Moskvanı qarşıdurmaya təhrik edənləri "təhlükəli şarlatanlar” adlandırmışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az