Prezidentin qızı Azərbaycanda film çəkilişləri aparıb - Video

Prezidentin qızı Azərbaycanda film çəkilişləri aparıb - Video
Qazaxıstanın Almatı vilayətində "Anaya aparan yol" bədii filminin çəkilişləri başa çatıb.
Report-a istinadən verilən xəbərə görə, film aclıq, II Dünya müharibəsi və həbs düşərgəsi həyatı yaşayan qazaxın taleyindən bəhs edir.

Filmin baş prodüseri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayeva, rejissoru isə Akan Satayevdir.

Ekran əsərinin çəkilişlərinə 2015-ci il fevral ayının ortalarında başlanıb. Əsas döyüş səhnələri Belarusda çəkilib. Filmin çəkiliş qrupu Azərbaycan və Türkiyədə də olub. "Dneprin alınması" döyüş səhnələrinə 500-dən çox insan, 300 ədəd döyüş silahı, peşəkar kaskadyorlar və pirotexnika cəlb olunub. Filmin çəkilişləri ilə məşğul olan insanların ümumi sayı 2 min nəfərdən çox olub.

Miq.az
 
[video=http:// ]



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az