Prezidentlərin növbəti görüşünü Putin təşkil edəcək

Prezidentlərin növbəti görüşünü Putin təşkil edəcək

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Rusiyanın vasitəçiliyi ilə keçiriləcək.
 
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak” qəzeti yazıb.
 
Qəzet qeyd edib ki, hakim Respublika Partiyasının iclasında Sarkisyan Qarabağla bağlı növbəti görüşə toxundu.
 
"O, prezidentlərin görüşünün təxirə salınması məsələsinə münasibət bildirərkən, "mən belə düşünmürəm” dedi. Artıq məlumatlar var ki, prezidentlərin növbəti görüşü Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə keçiriləcək”, - deyə o bildirib.
 
Qeyd edək ki, prezidentlərin növbəti görüşünə Parisin ev sahibliyi edəcəyi haqda da məlumatlar var idi.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az