Kamran Əhmədov
Yenə də məni çağırdılar ki, o pulu verməsən Maliyyə Nazirliyindən yoxlama çağırıb, sənin 7 illik fəaliyyətini yoxlayıb tutacağıq. Mən də bildirdim ki, göndərin, mən heç bir qanunsuz iş tutmamışam ki, məni tutalar. Ancaq prokuror bildirdi ki, onsuz da yoxlama gələndə onların qalmağı, yemək pulu və s. kimi xərclər səndən çıxacaq, elə o pulu ver bizə göndərməyək. Həmin vaxt Baş Prokuroluğun qəbul şöbəsinə gəldim, orada bir xanım prokuror (adını bilmədim) məni qəbul elədi və məsələni ətraflı şəkildə şifahi olaraq ona danışdım. O isə bildirdi ki, inanmıram bir rayon prokuroru pul almaqdan ötrü belə bir varianta əl atsın. Əgər belə bir şey olarsa, onda Siz yazılı şəkildə müraciət edərsiniz, məsələni araşdırarıq…
Sonra Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfində məktəbdə yoxlama aparıldı. Yoxlamağa gələn müfəttişlər çox qərəzli idilər. Mən bunun səbəbini soruşanda onlar qeyd etdilər ki, biz bura Kamran Əhmədovun tapşırıqı ilə gəlmişik və nəsə tapmalıyıq.
Beləliklə, müəllimlərin və şagirdlərin izahatı alındı. Sonra məlum oldu ki, dərsdənkənar məşğələlərin araşdırılması zamanı şagirdlərə tamam başqa suallar verilib, lakin izahatları başqa cür yazdırılıb. Sonra məktəbdə mövcud olan fizika və kimya laboratoriyalarının avadanlıqla guya tam təchiz olunmamasını əsas gətirərək, guya mən qəsdən dövlət əmlakını talamışam deyə cinayət işi başlamaqla, məni hədələməyə başladılar. Halbuki, laborant öz izahatında qeyd edib ki, o, vaxtı-vaxtında işə gəlib və əmək haqqını da özü alıb.
Onu da qeyd etməliyəm ki, məktəbə yoxlama göndərilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, həmin qərarın surəti mənə göndərilmədi.
Məni narahat edən bu yoxlama deyil. Lakin bir rayon prokurorunun bu vəziyyətə düşməsi, məqsədli şəkildə yoxlama göndərib, "ya pul verməlisən, ya da tutulacaqsan” deməsidir ki, məncə bu – Cənab Prezidentimizin qeyd etdiyi kimi, dövlətimizə qarşı xəyanətdir!
Mümkünsə bu yoxlama yenidən komissiya şəklində gəlsin və bu komissiyanın tərkibində həm Təhsil Nazirliyinin, həm Maliyyə Nazirliyinin, həm də prokurorluğun nümayəndəsi olsun. Çünki belə olan halda prokuroluğun qərəzli mövqeyini müdafiə edən bir nəfərin yoxlama aparmasındansa komissiyanın yoxlaması daha obyektiv olar.
İndi mənim bir çıxış yolum qalıb ki, belə şantajla işləməkdənsə hansısa xarici ölkədən sığınacaq istəyim və köçüm gedim. Belə məmurlarınn əlindən bu ölkədə nə işləmək mümkündür, nə də yaşamaq…”
Qeyd edək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Elnur Rzayevin şikayətinin xüsusi qaydada araşdırılacağını bildirib.
Saatlı Rayon Prokurorluğunun və şəxsən Kamran Əhmədovun mövqeyini işıqlandırmağa hazırıq.