Putin 29 prezident arasında tək qaldı - Gözlər gizli sevgilisini axtardı - VİDEO

Putin 29 prezident arasında tək qaldı - Gözlər gizli sevgilisini axtardı - VİDEO

Çində keçirilən "Bir kəmər – bir yol" beynəlxalq forumunda Rusiya prezidenti Vladimir Putin iştirkçı ölkələrin rəhbərləri ailə şəkili çəkdirərkən tək qalıb.

Missiya.Az xarici mətbuata isitnadən xəbər verir ki, 29 ölkənin rəhbərinin iştirak etdiyi forumda təşkil olunan şam yeməyinin ardından prezidentlər həyat yoldaşları ilə birlikdə şəkil çəkdiriblər.

Rusiya prezidenti Vladimir Putinin isə həyat yoldaşı olmadığı üçün tək qalıb. Şəkil çəkdirilən zaman Putinin çox kefsiz və yorğun olduğu jurnalistlərin diqqətindən yayınmayıb.

Həmin vaxt media nümayəndələrinin gözləri Putinin gizli şəkildə nigah bağladığı və cütlüyün hətta uşaqlarının olduğu iddia edilən rus gimnast Alina Kabayevanı axtarıb. 

Putin 31 illik həyat yoldaşı Lyudmiladan 2014-cü ildə ayrılıb. Həmin vaxtdan etibarən Putinin hər hansı sevgi münasibəti rəsmi şəkildə açıqlanmayıb.


Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az