Putin azərbaycanlı jurnalistə müsahibə verib - Video

Putin azərbaycanlı jurnalistə müsahibə verib - Video

Rusiya prezidenti Vladimir Putin dekabrın 4-də azərbaycanlı jurnalist İradə Zeynalovanın NTV telekanalında efirə gedən "Həftənin yekunları" verilişinin ("Итоги недели") qonağı olub.

Miq.Az "Report”a istinadən xəbər verir ki, Putin müsahibə zamanı hazırda dünyada balansın tədricən bərpa olunduğunu, Rusiyanın beynəlxalq arenadakı bir çox tərəfdaşlarının beynəlxalq hüquq prinsiplərinə müraciət etməyə başladıqlarını bildirib.

O qeyd edib ki, birqütblü dünya yaratmaq cəhdləri uğursuzluğa düçar olub.

"Biz başqa ölçüdə yaşayırıq”, - deyə o əlavə edib.

Prezident xatırladıb ki, Rusiya digər ölkələrin mövqelərinə hörmətlə yanaşır və bu, hətta o öz maraqlarını müdafiə edən zaman da belədir. Putin qeyd edib ki, Kreml eyni prinsiplər əsasında tərəfdaşları ilə münasibət qurmaqda davam edəcək.
[video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az