Putin "dəniz canavarını" Suriya sahillərinə göndərir (VİDEO)
Rusiya təyyarə gəmisisini Suriya sahillərinə göndərir.
Adı açıqlanmayan hərbi mənbə bildirir ki, "Admiral Kuznetsov" təyyarə gəmisi İŞİD-in bazalarını bombalamaq üçün Suriya sahillərinə yaxın bir nöqtəyə yerləşdiriləcək.
Mənbənin məlumatına görə, gəmidə Su-33 və MiQ-29K hərbi təyyarələri də daxil olmaqla 15 döyüş təyyarəsi və 10-dan çox hərbi vertolyot yer alacaq. /Baku.ws/
Təyyarə gəmisindəki əsgərlərin Lazkiye yaxınlarındakı hərbi hava bazasından koordinatlar alacağı bildirilir. "Admiral Kuznetsov"un yanvar ayının sonuna qədər Suriya sahillərində qalacağını ifadə edilib.
Miq.az