Putin Əsədi "SATDI"? – Ərdoğan hər şeyi DANIŞDI

Putin Əsədi

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə son söhbətinin (Görüş noyabrın 21-də Soçidə olub –red.) bəzi detallarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla paylaşıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Ərdoğan İran və Rusiya prezidentləri ilə Soçidə keçirdiyi üçtərəfli sammitdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Əlbəttə, bəzi şeyləri paylaşdı. Amma təbii ki, paylaşmadığı şeylər də var. Məsələn, Əsədin PYD/YPG-yə mənfi yanaşmasından danışdı. Danışıqlar masasında PYD/YPG-nin iştirakını istəmədiyini söylədi. Bu, çox təəccüblü deyil. YPG kimi terror təşkilatını bir kənara qoyun, Suriya hökuməti keçmişdən bəri kürdlərin varlığını belə qəbul etmirdi. Onlara vətəndaşlıq, pasport vermirdi. Əsədə "bunlar sizin vətəndaşlarınızdır” dediyim vaxtlar olub”, - Türkiyə prezidenti bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az