Putin: “Rusiya Ukrayna ilə dialoqu bərpa etməyə hazırdır”

Putin: “Rusiya Ukrayna ilə dialoqu bərpa etməyə hazırdır”
Rusiya Ukrayna ilə konstruktiv dialoqu bərpa etməyə hazırdır, Rusiya üçün sərhədində heç bir münaqişə gərək deyil.

Miq.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.
"Gəlin konstruktiv, məzmunlu, diplomatlar demişkən, substantiv dialoqa qayıdaq. Biz hazırıq, bunu böyük məmnuniyyətlə edəcəyik, bu nə qədər tez baş versə, o qədər yaxşıdır”, - deyə Putin qeyd edib.
"Rusiya Ukraynanın simasında dost dövlət görmək istəyir”, - deyə Rusiya prezidenti əlavə edib. (apa)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az