“Putinlə görüşdən qorxmuram” - Ukrayna Prezidenti

“Putinlə görüşdən qorxmuram” - Ukrayna Prezidenti

"Müharibəni bitirməyin iki yolu var - diplomatik və hərbi”.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Mən müharibəni dayandırmaq və ona son qoymaq istəyirəm. Diplomatik yol da var, hərbi də. İstənilən sağlam insan diplomatik yolu seçir, çünki bilir ki, çətin də olsa, milyonlarla insanın itkisinin qarşısını ala bilər”, - Zelenski bildirib.

O əlavə edib ki, Vladimir Putinlə görüşdən qorxmur: "Sadəcə olaraq qorxmağa haqqım yoxdur, çünki xalqımız heç nədən qorxmadığını nümayiş etdirdi, yalın əli ilə tankları dayandırdı".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az