Putinlə görüşüb Ərdoğana zəng etdi - “Ən yaxşı şans…”

Putinlə görüşüb Ərdoğana zəng etdi - “Ən yaxşı şans…”

Avstriya Kansleri Karl Nehammer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, kansler Moskvaya səfəri ilə bağlı Prezident Ərdoğanı məlumatlandırdığını deyib.

"İstanbul prosesinin Ukraynada sülh üçün ən yaxşı şans olması ilə bağlı həmfikirik”, - Nehammer bildirib.

Kansler Avstriyanın fəal neytrallıq siyasəti ilə daim sülhə töhfə verəcəyini də vurğulayıb.

Karl Nehammer aprelin 9-da Ukraynanın paytaxtı Kiyevə səfəri çərçivəsində müxtəlif görüşlər keçirərək, başda Buça olmaqla, müharibənin davam etdiyi yerlərdə müşahidələr aparma fürsəti tapıb.

Nehammer Kiyev səfərindən sonra - aprelin 11-də Moskvaya gedib və burada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və ikitərəfli görüşün çətin keçdiyini bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az