“Qaçqınların hamısını buraxsaq, Avropa məhv olacaq”

“Qaçqınların hamısını buraxsaq, Avropa məhv olacaq”

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, əgər qaçqınların hamısını buraxsalar Avropa məhv olacaq.

Baş nazirin sözlərinə görə, Avropanın mədəni kimliyini qoruyub saxlamaq üçün müsəlmanları ora buraxmağı dayandırmaq lazımdır.

Orban bu haqda "Bild” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, qaçqınlar Avropaya təhlükəsizlik təminatı üçün yox, daha yaxşı həyat üçün can atır.

V.Orban deyib ki,qaçqınların təhlükəsizliyi Suriya ilə qonşu ölkələrdəki düşərgələrdə daha yaxşı təmin olunmuşdu.

V.Orban qaçqınların Macarıstandan Almaniyaya buraxılmasına icazə verilməsindən sonra xaos yarandığını deyib. Onun sözlərinə görə, polisə tabe olmayan qaçqınların hərəkəti əsl qiyamdır.

"Avropa siyasətçiləri dərk etmir ki, qitəni hansı təhlükəyə atırlar. Onlar qaçqınların hansı təhlükə vəd etdiklərini görmək istəmirlər. Söhbət on milyonlarla adamdan gedir. Qaçqın axını hüdudsuzdur - Pakistandan, Banqladeşdən, Malidən, Efiopiyadan, Nigeriyadan. Əgər biz onların hamısını buraxsaq, Avropa məhv olacaq”-V.Orban bildirib.

Macarıstan baş nazirinin sözlərinə görə, qaçqın axını dayandırılmasa Avropada xristianlar azlıqda qalacaq. Nəticədə çox da uzaq olmayan gələcəkdə müsəlmanlar Avropada çoxluqda olacaq.

"Əgər Avropa iki mədəniyyətin rəqabətinə imkan yaratsa, onda uduzacaq”-o deyib.

V.Orban Macarıstanın qeyri-leqal qaçqınların hamısını deportasiya edəcəyini bildirib: "Onlar gəldikləri yerə geri qayıtmalıdır. Bu insanlar qaynar nöqtələrdən yox, Suriya ilə qonşu ölkələrdəki düşərgələrdən axın edirlər. Onlar orada təhlükəsiz şəraitdə idilər. Ancaq indi onlar alman, isveçli kimi yaşamaq istəyirlər. Yadda saxlamaq lazımdır ki, daha rahat yaşamaq deyə əsas insan haqları mövcud deyil”.

Virtualaz.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az