Qafqaz Univeristetinin rektorunun diplomu saxta imiş - ŞOK İDDİA
Azərbaycandakı Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti ) keçmiş rektoru Ahmet Sanıçın akademik diplomları saxta imiş.
A24.Az hocalihaber.com-a istinadən xəbər verir ki, "Feto istintaqı” zamanı tələbələrdən birinin verdiyi xəbərlə Qafqaz Universitetinin keçmiş rektorunun akademik diplomlarının saxta olduğu universitetdə yoxlama zamanı müəyyən olunub.
www.turmeb.com saytında gedən məlumata görə, köhnə rektor Ahmet Saniç Fetullah Gülənin Türkiyə və Rəcəb Tayyib Ərdoğana etdiyi bəd dualarla gündəm olmuşdu. Universitetdən bir tələbənin verdiyi məlumatda tələbələri konfrans salonuna yığıb nəhəng ekranda Fətullah Gülənin Türkiyə və Rəcəb Tayyib Ərdoğana bəd duasını izlədərək, "amin” demələri üçün təzyiq edən rektor, ona qarşı çıxanları məktəbdən qovmaqla təhdid etmişdi.
Miq.Az