"Qara kəmərlə" HƏBS olundu, "AĞ mələfəy"lə ozünü BOĞDU- HACININ sirli rəsmləri
Hacı Məmmədovun MTN-in zirzəmisində çəkdiyi rəsmlərin sirli kodları
Sabiq polis polkovniki Hacı Məmmədovun həbsxanada müxtəlif rəsm əsərləri çəkdiyinə dair məlumatlar ölkə mediasında çoxdan yayılıb.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudov Hacı Məmmədovun ona təqdim etdiyi 4 tablonu bugun.az-a təqdim emişdi bir neçə il öncə.
Hüquq müdafiəçisi bildirib ki, yağlı boya ilə çəkilmiş bu şəkilləri Hacı Məmmədov ona müxtəlif illərdə verib: "Rəsmlərin arxasında onların çəkildiyi tarix qeyd olunub. Orada Hacı Məmmədov həm də onları mənə hədiyyə etdiyini yazıb. Özü mənə deyib ki, onların hər birinin parolu, şifrəsi var. Lakin o parolu mənə açmır”.
Elçin Behbudov onu da deyib ki, həmin şəkillərin üzərində müxtəlif qurumların ekspertləri işləyiblər. "Ola bilsin onlar hansısa rəyə gəliblər. Amma mənə bu barədə heç nə deyilməyib”.
Elçin Behbudov deyib ki, rəsmlərin qiymətləri ilə maraqlanmayıb: "Amma mənə elə gəlir ki, vaxt gələcək bu rəsmlərin qiyməti olmayacaq. Ofisimizdə oğurluq olmuşdu. Qorxdum ki, birdən Hacının şəkilləri də oğurlanar. Amma xoşbəxtlikdən oğrular bu rəsmlərin qiymətini başa düşməyib”.
Rəsm 1. Zəncirdə olan şir. Şirin zənciri bir qadının əlindədir. Ətrafda 5 ağ göyərçin uçuşur.
Rəsm 2. Əlində silah olan cavan oğlan. Arxada məşhur "Biq Ben” saatı, "Jeep” maşını və yerə sərilmiş kişi meyiti. Oğlanın üzündə təbəssüm var. Əlinin şəhadət və orta barmağını yuxarı tutmaqla ya latınca "viktoriya” (qələbə) anlamını verən "V” işarəsini, ya da 2 rəqəmini göstərir.
Rəsm 3. Böyük bir daşa söykənmiş bir qadın. Saçlarının rəngindən rus olduğu görünür. Qadının söykəndiyi daşın üstündə İsa Peyğəmbərin şəkli həkk olunub. Arxa fonda çəmənlikdə ağ at, başqa ölkəyə köç edən 3 durna, atın yanında isə kişi silueti, kölgə.
Rəsm 4. Başında şlyapa olan orta yaşlı kişi, arxada ağaclar və yenə də "202 nömrəli "Jeep” və yerdə kişi meyiti.
İntihardan əvvəl məktub yazıb - Üzr istəyib...
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama verilib. Penitensiar xidmətdən APA-ya bildirilib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
"Məhkum H.T.Məmmədov Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində "Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.
Hadisə yeri prokurorluq tərəfindən tibb ekspertinin iştirakı ilə müayinə olunub.
Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanmış, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilib, hazırda istintaq hərəkətləri davam etdirilir", - deyə məlumatda qeyd olunur.
Miq.Az