“Qarabağ problemi yaxın gələcəkdə “ölü nöqtə”dən tərpənməyəcək, çünki...”
İqbal Ağazadə: "Rusiya konfiliktin bu mərhələdə yerini, müstəvisini dəyişməyə imkan verməyəcək”
Son vaxtlar Qarabağ probleminin həlli istiqamətində münaqişə tərəfləri arasında aparılan danışıqlar, humanitar sahədə əməkdşalıqla bağlı səsləndirilən fikirlər və s. yaxın gələcəkdə konfiliktin öz həllini tapacağı ilə bağlı ümidləri artırmaqdadır.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, indiki məqamda optimist olmaq üçün əsas yoxdur. Qarabağ probleminin yaxın gələcəkdə həllinin inandırıcı görünmədiyi bildirən partiya sədrinin sözlərinə görə, Rusiya dünən olduğu kimi bu gün də problemin həllində maraqlı görünmür:
"Baş verənlərin Qarabağ probleminə heç bir təsiri olmayacaq. Ermənistan-Azərbaycan münaqişəsi yaxın vaxtlarda "ölü nöqtə”dən tərpənməyəcək. Bunun üçün heç bir əsas yoxdur. Hesab edirəm ki, Rusiya konfiliktin bu mərhələdə yerini, müstəvisini dəyişməyə imkan verməyəcək. Ona görə də bu danışıqların hamısını protokol danışıqlığı hesab edirəm və düşünmürəm ki, aparılan danışıqlar problemin real həllinə təsir göstərəcək. Bunu ancaq bu cür dəyərləndirirəm”.
Miq.az