Qarabağ separatçıları arasında “liderlik davası”: Arayik ətrafında çevrə daralır

Qarabağ separatçıları arasında “liderlik davası”: Arayik ətrafında çevrə daralır

Qarabağdakı separatçılar arasında "liderlik” uğrunda mübarizə qızışır.
 
Modern.az "Hraparak”a istinadən xəbər verir ki, II Qarabağ Müharibəsindəki məğlubiyyətdən sonra separatçıların rəhbərliyindən gedəcəyinə söz vermiş Arayik Arutyunyan vədinə xilaf çıxaraq,  tərəfdarlarına bildirib ki, "siyasətdən getməyəcək”.
 
Arayikin bu bəyanatı Qarabağ separatçıları arasında ona müxalif olanların narazılığı ilə qarşılanıb.  
 
"Hraparak” yazır ki, Arayik Arutyunyan ətrafında çevrə yenidən daralıb. Belə ki, əvəllər separatçılara rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyanın yenidən hərəkətə keçdiyi bildirilir. Onların separatçılar arasında Arayik Arutyunyana qarşı qüvvə formalaşdırdıqları barədə məlumatlar yayılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az