Qarabağ separatçılarının rəhbərliyində parçalanma

Qarabağ separatçılarının rəhbərliyində parçalanma

Qarabağ separatçılarının "dövlət naziri” Araik Arutyunyan istefaya gedib.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, Araik Arutyunyan bununla bağlı ərizəsini separatçı rejimin başçısı Bako Saakyana təqdim edib.

A.Arutyunyan istefasının səbəblərini bu gün 15:00-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin "baş naziri” olub. O, Bako Saakyandan sonra Qarabağ separatçılarının 2-ci şəxsi hesab edilib.

Onu da xatırladaq ki, daha əvvəl-milli təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə davadan sonra Xankəndidə kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar nəqliyyatın hərəkətini dayandıraraq güc strukturları rəhbərlərinin istefasını tələb ediblər.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az