Qarabağ əlilindən Müdafiə Nazirinə-Müraciət
Qarabağ müharibə veteranı, Prezident təqaüdçüsü və 2-ci qrup hərbi əlil, Balayev Akif Şahrza oğlu tərəfindən Miq.Az-a daxil olmuş şikayət məktubunu diqqətinizə çatdırırıq...
AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ
CƏNAB GENERAL POLKOVNİK ZAKİR HƏSƏNOVA
Sürəti:
MÜDAFİƏ NAZİRLİYİ HÜQUQ İDARƏSİNİN RƏİSİ
POLKOVNİK RAUF KİŞİYEVƏ
MÜDAFİƏ NAZİRLİYİ MALİYYƏ VƏ BÜDCƏ İDARƏSİNİN RƏİSİNƏ
Qarabağ müharibə veteranı, Prezident təqaüdçüsü və 2-ci qrup hərbi əlil, Balayev Akif Şahrza oğlu tərəfindən
Ə r i z ə
Hörmətli, Cənab Nazir!
21.05.2016-cı il tarixdən müraciətimə cavab verilmir. Bildirmək istəyirəm ki, mən 13 noyabr 1971-ci ildən 29 aprel 1972-ci ilədək SSR Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət etmişəm, 29 aprel 1972-ci ildə xəstəliklə əlaqədar olaraq hərbi xidmətdən ehtiyata buraxılmışam. 26 noyabr 1993-cü ildən 29 dekabr 1994-cü ilədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişəm. 23.01.1994-cü ildə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam və ehtiyyata buraxılmışam. 2-ci qrup Qarabağ müharibə əliliyəm. Təqribən may-iyun 2016-cı il tarixdə SHXÇDX-in rayon idarəsindən mənə şəxsi iş açılıb Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə göndərilmişdir.
Lakin Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən məlumat vərəqinin tərtib edilməsinə və Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə göndərilməsinə etiraz edilmişdir.
Əsas göstərilmişdir ki, mən Sovet Ordusunda iki il tam xidmət etməmişəm, hesab edirəm ki, bu mənə qarşı bir əsassız bir mövqedir, belə ki, mən xəstəliklə əlaqədar Sovet Ordusundan təxris olunmuşam.
Hərbi xidmətə yararsız olmağıma baxmayaraq 41 yaşında Vətənim Azərbaycan Respublikasının dar günündə müdafiəsinə qatılmışam və güllə yarası almışam.
Hörmətli, Cənab Nazir!
Sizdən xahiş edirəm ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən məlumat vərəqimin tərtib edilməsinə və Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə göndərilməsinə köməkdarlıq edəsiniz.
Cənab general - polkovnik!
Müdafiə Nazirliyinin Maliyə və Büdcə İdarəsinin pensiya şöbəsinin rəis əvəzi işləyən və bildiyim qədər də döyüş bölgəsində xidmət görməyən kapitan Roman Patenkonun biz Qarabağ əlillərinə qarşı diqqətli davranmağına və suverenliyimiz uğrunda əlil olmuş Qarabağ müharibəsi iştirakçılarına qarşı diqqətli olmasını tapşırmağınızı da xahiş edirik!
MÜDAFİƏ NAZİRLİYİNİN MALİYYƏ VƏ BÜDCƏ İDARƏSİ ƏSASSIZ OLARAQ MƏNİ MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏYİMƏ VADAR EDİR.
Miq.Az