Qarabağa gələn PKK-çılardan 3-ü məhv edildi

Qarabağa gələn PKK-çılardan 3-ü məhv edildi

PKK-nın Ermənistana yardım adı altında Dağlıq Qarabağa göndərdiyi 400 terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb.
 
Axar.az xəbər verir ki, Türkiyənin "Yeni Şəfəq” qəzeti bir neçə gün öncə Qarabağda 3 PKK terrorçusunun öldürüldüyü barədə məlumat yayıb.
 
Digər bir məlumatda isə PKK terrorçularına ASALA-nın lideri Vazgen Sisliyan rəhbərlik etdiyi bildirilir.
 
Qeyd edək ki, PKK aprelin ilk günlərində Dağlıq Qarabağdakı işğalçı Ermənistan ordusuna qüvvə göndərib.
 
ASALA terror təşkilatının lideri Sisliyan da aprelin 6-da Ermənistan ordusuna dəstək vermək üçün işğal altındakı Dağlıq Qarabağa gəlib. Onun adı Parisdəki Türkiyə səfirliyinə hücumda hallanır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az