Qarabağda gözlənən müharibənin iki ağır nəticəsi

Qarabağda gözlənən müharibənin iki ağır nəticəsi
Bir sıra Avropa və Rusiya ekspertləri ictimaiyyəti niyə qorxudur?

Bakı - Tbilisi - Qars dəmir yolu bu ilin sonunda işə salınacaq. Bu, müəyyən qüvvələri çox narahat edir. Azərbaycan Dövlət Dəmir Yollarının (ADDY) sədri Cavid Qurbanov bu yaxınlarda bəyan edib ki, çoxdan gözlənilən polad magistral 2017-ci ilin sonuna kimi işə salınacaq.

BTQ-nin layihəsi Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatı üçün çox önəmlidir. Düzdür, tikinti bir qədər ləngiyir, bu da bir sıra səbəblərdən, xüsusilə, maliyyə çətinliklərindən asılıdır. Məsələn, Türkiyə tərəfi dəfələrlə bu layihənin öz ölkəsi üçün vacibliyindən danışıb. Türkiyə baş naziri də bunu dəfələrlə bəyan edib.

Amma Azərbaycana qardaş olan bu ölkənin KİV-lərində son zamanlar çap edilən materiallardan görünür ki, müəyyən qüvvələr bu layihənin iflasında çox maraqlıdırlar. Bundan başqa, Türkiyə nəşrlərinin yazdığına görə, onlar tikintinin vaxtında başa çatmasını pozmaq üçün hansısa əngəllər törədirlər. Bütün bunlar hamısı, sən demə, Ermənistanın bu layihədə iştirak etmədiyinə görədir. Bir sıra Rusiya və Avropa ekspertləri BTQ-nı hansısa siyasiləşmiş qurum sayırlar. Onlar çıxış edərək toplumu qorxudurlar ki, Azərbaycanla Ermənistan arasında yaşanan münaqişə müharibəyə çevrilə bilər. Bu, həm dəmir yoluna təsir etməklə yanaşı, bu münaqişəyə Rusiya və Türkiyəni də çəkə bilər.

Xüsusilə, qeyd edək ki, bu, İrəvan siyasətçilərinin çoxdankı arzusudur. Onlar həmişə ilanı kor Seyid Əhməd əli ilə tutmağı sevirlər. Bu yaxınlarda Avropa Karneqi Mərkəzinin əməkdaşı Tomas de Vaal bəyan etmişdi ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə cəhdlərin uğursuzluğunu hansısa nəqliyyat dəhlizləri ilə doldurmağa çalışırlar. Halbuki, normal insan başa düşür ki, bunun o birisinə maneçiliyi yoxdur, danışıqları yol çəkə-çəkə də aparmaq olar.

Hansısa Norveç saytının erməni saytlarında çap edilmiş materialı ilə tanış olduqda hər şey aydın olur. Orada deyilir ki, Azərbaycan snayperləri dinc erməni kəndlilərinin ərik yığmasına mane olur. Burada Xocalı soyqırımından və dinc Azərbaycan kəndində iki yaşlı Zəhranın öldürülməsindən söhbət getmir. Bu "qəzet" iki qəribə nəticəyə gəlir: 1-cisi, Allah eləməsin, ermənilər uduzsa, Rusiya onların köməyinə gedəcək. 2-cisi, müsəlmanlar, yəni Türkiyə və Azərbaycan əslər boyu Ermənistana hücum ediblər.

Göründüyü kimi, hər ikisi cəfəngiyyatdır. Bəs, dəmir yolunun buna nə dəxli var? Heç bir. İrəvanda və başqa paytaxtlarda düşünürlər ki, Bakı və Ankaranın işi nə qədər pis gedərsə, İrəvanınkı bir o qədər yaxşı gedəcək. Bu, ağılsızlıqdır. Hətta Ermənistanda da anlayırlar ki, yaxın zamanlarda Ermənistanda yaxşı heç nə gözlənilmir. //İstipress.com
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az