Qarabağda müharibəni kim alovlandırdı?-Dünya güclərinin İTTİHAMLARI

Qarabağda müharibəni kim alovlandırdı?-Dünya güclərinin İTTİHAMLARI


Dünya mətbuatı Dağlıq Qarabağda yaranan gərginlikdən və bu münaqişə ətrafında gedən danışıqlardan bəhs edən yazılar tirajlayır...

Dünya Dağlıq Qarabağda yaranan gərginliyin  və bu münaqişə ətrafında gedən danışıqlarda əsas rola hansı dövlətin sahib olması haqqında düşünür, danışır və proqnozlar verir.

Qarabağda müharibə yenidən alovlandı və 4 gün davam edən bu yanğın yenidən söndürüldü. Görəsən, son əməliyyatlar niyə başladı, niyə dayandı? Necə deyərlər, bu alovu kim yandırdı və kim söndürdü?

Miq.az xatırladır ki, bu gün Azərbaycan ictimaiyyətini də düşündürən məhz bu sualdır. Əslində Qarabağda nə baş verir? Hərbi əməliyyatlar yenidən başlaya bilərmi?

4 gün çəkən hərbi əməliyyatları araşdıran Miq.az-ın araşdırma qrupunun qənaətinə görə,  kim deyirsə Qarabağda müharibə alovu sönüb, yanılır... Nə qədər ki,  Azərbaycan əzəli və tarixi torpaqlarını geri qaytarmayıb kimsə alovlana biləcək bu odu söndürə bilməyəcək. Bu bölgə bir də alovlanacaq. Bəlkə sabah, bəlkə bir ay, bəlkə də bir il sonra. Amma mütləq alovlanacaq. Bəlkəsiz və ammasız bir məntiq var. Bu dəfə o alovu kimsə söndürə bilməyəcək!!! Zaman, prinsipiallıq və ruh baxımından kimsə bu millətə "DAYAN" deyə bilməyəcək, deməyə zamanı çatmayacaq, çatsa belə deməyə özününü ZAMANI qalmayacaq. 

 Və bu gün dünyanın diqqəti hərbi əməliyyatlarla yanaşı azərbaycanlıların hansı hərbi-vətənpərvərlik ruhunda olması, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, hətta ən radikal müxalifətin belə prezidentə verdiyi dəstəkdə idi. Azərbaycan bu dəfə düşmənin də, dostun yanında üzüağ oldu. Və bu gün düşmən ölkəni də vahimələndirən həm də bu silah oldu. Azərbaycan xalqının qələbə əzmi, Ali Baş Komandan ətrafında sıx birləşmə...və orduya dəstək...və hər kəsin səngərdə olması...və hər kəsin orduda olması...

Bunu 4 gün aparılan əməliyyatlar, ölkə başçsının qələbə əzmi və ruhu, bütün dünyanı silkələyən azərbaycanlıların əzmi, şəhidlərimizi  qarşılayan və təmtəraqla yola salan İZDİHAMLAR deyir. Bunu 4 gün ərzində düşmənə ağır zərbə vuran Azərbaycan əsgəri deyir...Bunu hələ də düşməni qorxu altında saxlayan Azərbaycanın hərbi, iqtisadi gücü və birliyi deyir...Heç vaxt birliyimiz əzilməsin, əyilməısin deyib, keçəyin Qarabağ ətrafında gedən dünya güclərinin, regional güclərin proqnozlarına: 


Rusiya Qarabağda qoşunların hərəkətini peyk vasitəsi ilə izləyir

"Hazırki dövrdə heç nəyi gizlətmək olmaz”.

Rusiyanın Baş naziri Dmitri Medvedev hesab edir ki, Dağlıq Qarabağda atəşkəs rejimi davam edir.

 Medvedev bu barədə "Rossiya-1” telekanalının efirində "Vesti v subbotu” verilişində Serqey Brilyova müsahibəsində deyib.

"Hal-hazırda atəşkəs elan olunub. Əgər bəzi yerlərdə atəş səsi eşidilirsə, bu təkli xarakter daşıyır”, - Baş nazir qeyd edib.

Rusiyanın Dağlıq Qarabağda qoşunların hərəkətləri barədə peyk vasitəsi ilə məlumatlar əldə etməsi sualını cavablandıran Medvedev bildirib:

"Hazırki dövrdə heç nəyi gizlətmək olmaz. Əvvəllər müəyyən hadisələrlə bağlı həqiqətlər bir müddət sonra üzə çıxırdı. İndi isə hər şey aydın izlənilir həm peyk vasitəsilə, həm də digər nəzarət vasitələri ilə”.


Medvedev Türkiyəni ittiham eetdi -Qarabağda vəziyyətin gərginləşməsinə görə 

Rus baş nazirin fikrincə, regionda bir sıra güclər Qarabağdakı son vəziyyəti diqqətlə izləyirlər.

Rusiyanın baş naziri Dmitri Medvedev Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə görə Türkiyəni ittiham edib.

Baş nazir Rusiya mətbuatına müsahibəsində bildirib ki, Qarabağdakı hazırki vəziyyətə "türk amili" təsir edir.

"Regionda bir sıra güclər var ki, onlar Dağlıq Qarabağda və Yaxın Şərqdəki münaqişələrdəki son vəziyyəti diqqətlə izləyirlər. Ona görə də münaqişəyə kənardan təsirlər var”,- deyə  Medvedev bildirib.

Jurnalistin "siz təsir deyəndə Türkiyəni nəzərdə tutursunuz” sualına Medvedev belə cavab verib. "Baxın siz türk amilini vurğuladınız. Yəqin ki, burada "türk amili" var. Çünki Türkiyə öz mövqeyini söyləyib”, -deyə baş nazir bildirib. 

Medvedev iddia edib ki, Ankara öz mövqeyi ilə "odun üzərinə yağ tökür”.

Ərdoğan: "Dağlıq Qarabağ yenidən bütünlüklə Azərbaycanın olacaq”

Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla digər ölkə rəsmiləri Azərbaycana açıq dəstəyini münaiş etdirmişdi.

Ərdoğan bildirmişdi ki, rəsmi Ankara Bakını Qarabağ konfliktində sonuna qədər dəstəkləyəcək.

"Azərbaycan prezidenti, dostum İlham Əliyevə hadisə ilə bağlı başsalığı vermişəm. Türkiyə Qarabağ münaqişəsində hər zaman Azərbaycanın tərəfində olub və onu dəstəkləməyə davam edəcək. Qarabağın işğalı və insanların ölümü ürəyimizi ağrıdır. Lakin mən demək istəyirəm ki, Dağlıq Qarabağ yenidən bütünlüklə Azərbaycanın olacaq”, - deyə Ərdoğan qeyd edib.

Dağlıq Qarabağda vəziyyət aprelin 2-dən gərginləşib. Ermənistan ordusu Azərbaycanın kəndlərini atəşə tutmasına qarşı görülən cavab tədbirləri nəticəsin işğal altında olan bəzi ərazilər azad edilib.  4 gün davam edən döyüş aprelin 5-də saat 12:00-da atəşkəsin elan olunması ilə dayandırılıb.

Atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan tərəfi Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir. 

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az