Qarabağda qondarma "ordu" yoxa çıxır

Qarabağda qondarma

Qarabağda separatçı-terrorçu rejimin qondarma "ordusu” yoxa çıxır.

Miq.Az Publika.az-a istinadən xəbər verir ki, qanunsuz silahlı birləşmədən "tərxis” olunan əsgərlərin yerini dolduran canlı qüvvə yoxdur. Bunun bir neçə səbəbi var:

Birincisi, müharibədən sonra artıq Ermənistandan çağırışçılar Qarabağa göndərilmir;

İkincisi, hökumət bir neçə dəfə buna cəhd etsə də, ailələr öz övladlarının Qarabağda "xidmətə” göndərilməsinə imkan vermirlər;

Üçüncüsü, məzuniyyət və digər səbəblərlə Qarabağdan Ermənistana gedən hərbçilər geri qayıtmaqdan imtina edirlər.

Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan separatçı-terrorçu rejimin "müdafiəsiz” qaldığını deyir.

"Artıq üçüncü çağırış müddətidir ki, Ermənistandan Qarabağa əsgər göndərilmir”, - o bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az