Qarabağda savaşı reallaşır – MÜHARİBƏ QAPIMIZDA

Qarabağda savaşı reallaşır – MÜHARİBƏ QAPIMIZDA

"Dağlıq Qarabağda müharibənin başlaması Rusiyanın diqqətini Yaxın Şərqdən yayındıra bilər”.

Bu barədə çexiyalı analitik Lukas Vizingr "Echo24” portalına açıqlamasında deyib. Analitikin sözlərinə görə, Azərbaycan Rusiya və Türkiyənin dostudur: "Lakin Dağlıq Qarabağ məsələsində Türkiyə onu birbaşa dəstəkləyir və bu, hazırkı geosiyasi situasiyada vacib amildir. Azərbaycanın qoruyucusu Türkiyə və Ermənistanın qoruyucusu Rusiya arasında münasibətlər pisləşib və bu, ciddi siqnallardan xəbər verir”.
 
Analitik hesab edir ki, Türkiyə Qafqaza doğru siyasətini kəskinləşdirəcək deyən analitik daha sonra bildirib ki, Qafqazda partlamağa hazır olan Dağlıq Qarabağ münaqişəsində vəziyyət xeyli gərginləşib. Müharibənin başlaması Rusiyanın qüvvələrinin dağıdılması və diqqətinin Yaxın Şərqdən yayınması demək olar ki, bu da Türkiyə və müttəfiqlərinə sərf edir. Belə görünür ki, Azərbaycan üçün ya sülh danışıqları, ya da müharibə variantı arasında elə də böyük fərq yoxdur. Bakı hansı yolla olursa olsun, torpaqlarını geri almaq istəyir. Bu baxımdan hesab etmək olar ki, Dağlıq Qarabağda müharibə başlayır, Rusiyanın qüvvələri parçalanır və Türkiyənin Yaxın Şərqə yolu açılır.
 
Bu arada son günlər Rusiyanın Türkiyəyə qarşı Ermənistanda cəbhə açması ilə bağlı dünya mətbuatı xəbər tirajlayır. 
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibi Nikolay Bordyuja da acıqlama verərək bildirib ki, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazası Türkiyə ordusuna müqavimət göstərmək üçün deyil, regionda sabitliyi təmin etmək üçündür.

Rusiya-Türkiyə arasında gərgin vəziyyət və hərbi əməliyyatların başlayacağı təqdirdə KTMT-nin mövqeyindən danışan Bordyuja onu da bildirib ki, bu haqda proqnoz vermək istəmir. "Ümid edirəm ki, bütün bu məsələlər siyasi hadisələrin gedişi nəticəsində həllini tapacaq. 102-ci hərbi bazanın potensialının qoyulan məsələlərin həlli üçün kifayət etdiyini hesab edirəm. Əgər o fəaliyyət göstərsə, əlbəttə ki, bu, region ölkələrinin rəhbərliyinin qəbul etdiyi tədbirlər planına əsasən baş verəcək. Ona görə gücün artırılması üçün lüzum görmürəm".

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az