Qarabağda varlanan generallar

Qarabağda varlanan generallar
Ermənistan jurnalistləri İrəvanda bu gün keçirilən uydurma soyqırımı tədbirinə qatılmış Baş Qərargah rəisi Movses Akopyanı çətin vəziyyətə salıblar.

İstiPress-in "Lragir”ə istinadən verdiyi məlumata görə, jurnalistlər aprel döyüşlərindən sonra Ermənistan ordusunda heç bir təkmilləşmə getmədyinin, əvəzində generalların varlanmasının sirrini soruşublar.
Moses Akopyanın cavabı isə heç bir ölçüyə sığmayıb: "Məni sizin fikriniz maraqlandırmır. Bizim silahlı qüvvələrə qiyməti ali baş komandan verir və o, artıq öz qiymətini verib. Mən belə məsələlərlə maraqlanmıram və başqalarının pulunu saymıram”.
2016-cı il aprelin 2-dən 5-nə kimi baş vermiş aprel döyüşləri və ya Dördgünlük müharibə Ermənistan silahlı qüvvələri zəifliyini ortaya çıxardı. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib.
Aprel döyüşlərindən sonra ermənilər  orduya böyük vəsaitlər ayrılmasını tələb edirdilər. Amma statistika Ermənistan ordusuna elə də ciddi pul ayrılmadığını göstərir. 2017-ci ildə Ermənistan ordusuna 443 milyon dollar vəsait ayrılması nəzərdə tutulub. 2016-cı ildə 430 milyon dollar, 2015-ci ildə isə 417 milyon dollar ayrılıb. Erməni generalların sürətlə varlanmasının sirri hələ də məlum deyil.

Bu vəsait elə də böyük deyil və erməni generalların belə sürətlə varlanmasına imkan verə bilməz. Böyük ehtimalla, erməni generallar Dağlıq Qarabağ ərazisindən istifadə etməklə alternativ "biznesdən”, məsələn narkotrafikdən və s.-dən pul qazanırlar. 
Amma son zamanlar Ermənistanda irəli sürülən "millət-ordu” konsepsiyası bu generallar üçün yeni imkanlar yaradır. "Millət-ordu” konsepsiyasının əsasında isə aşağıdakılar durur:
Ali məktəbləri bitirən gənclərə ayda 500 dollar maaşa 3 illiyə orduda zabit kimi qulluq etmək təklif edilir. Bu, İrəvandakı orta maaş göstəricisindən 2 dəfə, regionlardakı orta maaş göstəricisindən isə 3 dəfə yüksək rəqəmdir.
Həmçinin orduya çağırış yaşı çatmış gənclərə isə 3 illik muzdlu-müddətli hərbi xidmət  təklif edilir. Onlar həmin müddətin 7 ayını öz evlərində keçirəcəklər. Yəni 6 aydan sonra muzdlu əsgərlər 1+1+2 sistemi ilə xidmət edəcəklər. Bunun 1 həftəsini evdə, 1 həftəsini hazırlıqda, 2 həftəsini isə ön cəbhədə keçirəcəklər.
Orduda 3 illik xidməti başa çatdıran gənclərə 10 min dollar pul verilir və onlar bu pulu 3 istiqamətdə - şəhərlilər ucuz ipoteka, kəndlilər isə mini ferma yaratmaq istiqamətində, yaxud təhsil haqqı kimi istifadə edə bilər.
Göründüyü kimi, Ermənistan səviyyəsində yetərincə iri pullardır və erməni generallar üçün yeni gəlir mənbələri ortaya çıxır. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az